İtmiş səfirin maşında yanmış meyiti tapıldı - (VİDEOXƏBƏR)

İtmiş səfirin maşında yanmış meyiti tapıldı - (VİDEOXƏBƏR)
  30 Dekabr 2016    Oxunub:6812
Braziliyada itkin düşən Yunanıstanın səfiri Kiriakos Amiridisin meyiti yanmış avtomobildə tapılıb.
AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, avtomobil Nova-İquasu bələdiyyəsində aşkar edilib.

Qeyd edək ki, ötən gün Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridisin Rio-de-Janeyroda itkin düşməsi haqda məlumat yayılmışdı.

Səfir sonuncu dəfə həftənin bazar ertəsi görünüb. Həmin vaxtdan sonra xəbər tutmaq mümkün olmayıb. Səfirin harada olması barədə hər hansı açıqlama verilməyib.

Yunanıstanın Braziliyadakı səfirliyi paytaxtı Braziliada yerləşir. Səfir isə Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti