İtkin düşən neftçinin meyiti tapıldı

İtkin düşən neftçinin meyiti tapıldı
  01 Noyabr 2014    Oxunub:1832
ARDNŞ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Azneft” İstehsalat Birliyinin N.Nərinmanov adına NQÇİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada oktyabrın 23-də təmir işləri aparılarkən baş vermiş uçqun nəticəsində itkin düşmüş hesab olunan “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin qaynaqçısı Hüseynov Əbdülhəsən İslam oğlunun cəsədi noyabrın 1-də 09.00 radələrində ARDNŞ-nin və FHN-nin dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

Məlumat üçün onu da bildirilib ki, qəza zamanı xəsarət alan digər şəxslərə Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi yadım göstərilib və hazırda hamısı evə buraxılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti