İtən təyyarəni rekord dərinlikdə axtaracaqlar

İtən təyyarəni rekord dərinlikdə axtaracaqlar
  19 Aprel 2014    Oxunub:977
“Malaysia Airlines” aviaşirkətinə məxsus “Boeing 777” tipli təyyarənin qara qutularını okeanda rekord dərinlikdə axtaracaqlar.
Azvision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, “Bluefin-21” adlı sualtı qurğunun köməkliyi ilə axtarışlar 4,5 kilometr dərinlikdə həyata keçiriləcək.

Təyyarənin qara qutuların sualtı axtarışlarının 5-7 gün ərzində yekunlaşacağı gözlənilir.

Bir neçə gün əvvə, itən təyyarənin axtarışına cəlb olunmuş Avstraliyaya məxsus P-3 "Orion" patrul təyyarəsi Hind okeanının dibində qara qutulardan gəldiyi ehtimal edilən yeni siqnallar əldə edib. Odur ki, axtarışların daha dərində davam etdirilməsinə qərar verilib.

Qeyd edək ki, “Boinq 777” mart ayının 8-də Malayziyanın paytaxtı Kuala Lumpurdan Çinin paytaxtı Pekinə gedərkən yoxa çıxıb. Təyyarənin göyərtəsində 12 heyət üzvü də daxil olmaqla, 239 nəfər sərnişin olub.

AzVision.az


Teqlər:





Xəbər lenti