İtaliyanın yeni prezidenti bəlli oldu

İtaliyanın yeni prezidenti bəlli oldu
  31 Yanvar 2015    Oxunub:1600
73 yaşlı Sercio Mattarella İtaliyaının 12-ci prezidenti seçilib.
AzVision.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsinin hakimi olan Mattarella 7 illik müddətə seçilib. O, İtaliya parlamentinin 20 bölgə nümayəndəsinin qatıldığı iclasda ən çox səs toplayıb.

Palermodan olan yeni prezident siyasi fəaliyyətə 1980-cı ildən başlayıb. İki dəfə İtaliya parlamentinə seçilib, təhsil naziri vəzifəsində çalışıb.

2011-ci ildən isə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə gətirilib.


Teqlər:  





Xəbər lenti