İtaliyada zəlzələ qurbanlarının sayı 247-ə çatdı

İtaliyada zəlzələ qurbanlarının sayı 247-ə çatdı
  25 Avqust 2016    Oxunub:2663
Ötən gün İtaliyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 247-yə çatıb.


AzVision.az-ın yerli KİV-ə istinadən xəbərinə görə, bu barədə İtaliya Mülki Müdafiə Departamenti məlumat yayıb.

Hazırda axtarış-xilasetmə işləri Amatriçe, Peskara-del-Tronto, Akkumoli və Arkuata yaşayış məntəqələrinə davam etdirilir.

Xatırladaq ki, İtaliyanın mərkəzi hissəsində baş verən güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə milli matəm günü elan edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti