İtaliya şirkəti Azərbaycandan üzr istədi

İtaliya şirkəti Azərbaycandan üzr istədi
  06 Oktyabr 2015    Oxunub:2328
İtaliyanın “Caviar” şirkəti “Atlante Armenia” telefonunun dizaynı səbəbindən yaranmış vəziyyətə görə Azərbaycandan üzr istədi.
AzVision.az xəbər verir ki, Dailykrabakh-a daxil olan məktubda deyilir: “Biz Ermənistana həsr edilmiş telefonun dizaynına görə yaranmış narahtçılıq və mənfi emosiyalara görə Azərbaycan xalqının bütün nümayəndələrindən üzr istəyirik. Hadisənin mahiyyəti Azərbaycanın internet resursunda, eləcə də şirkətimizin poçtuna daxil olan müştərilərim məktublarında əks olunub".

Məktubda daha sonra qeyd edilir: "Biz brendimiz və azərbaycanlı müştərilərimiz arasında isti və dost münasibətlərinə dəyər veririk, buna görə də insidentə və telefonun dizaynında obrazların düzgün istifadə edilməməsi barədə daxil olan məlumata dərhal reaksiya verdik və fikir ayrılığına səbəb olan modeli satışdan çıxardıq. Hazırda o rəsmi saytımızda təqdim edilməyib. Biz məsələnin araşdırılması və onun həll yollarının axtarışı ilə məşğul oluruq. Belə vacib tarixi məsələyə lazımi diqqət yetirmədiyimizə görə, bir daha üzr istəyirik. Anlayışınıza və qarşılıqlı əlaqələrin saxlanılmasına ümid edirik”.

Qeyd edək ki, İtalya şirkətinin qeyd olunan dizaynlı telefonu haqqında ilk məlumat dailykarabakh.com internet resursu yaymışdı.

Xatırladaq ki, İtaliyanın mobil telefonların bəzədilməsi üzrə ixtisaslaşmış "Caviar" şirkəti "iPhone 6s" üçün dünyanın müxtəlif ölkələrin rəmzinə həsr edilmiş yeni kolleksiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı kobud səhvə yol verib.

Şirkətin yeni kolleksiyası "Atlante" adlanır. Kolleksiyada bir neçə telefon modeli təqdim edilib. Telefonların hər biri müxtəlif ölkələrin - Rusiya, İtaliya, Çin, BƏƏ, Azərbaycan, Qazaxıstan və Ermənistan- rəmzləri ilə bəzədilib.

"Caviar" Ermənistan üçün kolleksiyada bu ölkənin digər rəmzləri ilə yanaşı, Azərbaycanın işğal edilmiş ərazilərində ucaldılmış abidəni separatçı Dağlıq Qarabağ rejiminin "rəmzi" kimi göstərib.


Teqlər:





Xəbər lenti