İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?
  25 Aprel 2015    Oxunub:1988
İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, aprelin 26-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.

Aprelin 26-da Azərbaycan rayonlarında əsasən yağmurlu hava şəraiti müşahidə olunacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Baş hidroloq onu da qeyd edib ki, aprelin 25-də günün ikinci yarısından etibarən və sonrakı günlərdə ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunacaq. Eyni zamanda temperatur tədricən yüksələcək.


Teqlər:  





Xəbər lenti