İstirahət günü hava necə olacaq? - Proqnoz

İstirahət günü hava necə olacaq? - Proqnoz
  24 Sentyabr 2016    Oxunub:2800
Sabahın hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sabah bəzi yerlərdə qısamüddətli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-23° isti, Bakıda gecə 16-18° isti, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gecə intensiv olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti