İstirahət günlərində 13 yol qəzası: 39 yaralı

İstirahət günlərində 13 yol qəzası: 39 yaralı
  21 İyul 2014    Oxunub:754
Şənbə və bazar günlərində Azərbaycanda baş verən 13 yol qəzasında 4 nəfər ölüb, 39 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, şənbə günü iyulun 19-da respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 21 nəfər yaralanıb.

İyulun 20-də isə ölkə yollarında 7 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 18 nəfər yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti