İstanbuldakı terrorda ölənlərin sayı 43-ə çatıb

İstanbuldakı terrorda ölənlərin sayı 43-ə çatıb
  29 İyun 2016    Oxunub:3620
İstanbulun Atatürk hava limanında törədilən terror aktları zamanı ölənlərin sayı artıb.
AzVision.az xəbər verir ki, şəhər məhkəmə-tibbi ekspertizasından “Haber 7” kanalına verilən məlumata görə, ölənlərin sayı 43 nəfərə çatıb.

Qeyd olunub ki, ölənlərdən yalnız 39 nəfərin kimliyi müəyyən edilib.

“Milliyet” qəzeti isə yazır ki, ölənlərdən 6 nəfərin əcnəbi olduğu dəqiqləşib. Əcnəbilərdən 4-ü Səudiyyə Ərəbistanı, 1-i Ukrayna, 1-i isə İran vətəndaşıdır.

Xatırldaq ki, bundan öncə ölənlərin sayının 36 nəfər olduğu deyilirdi.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti