İstanbulda yeni həbs dalğası

İstanbulda yeni həbs dalğası
  22 İyul 2014    Oxunub:714
İstanbul Prokurorluğunun Terrorla Mübarizə Şöbəsi Türkiyənin 22 bölgəsində eyni vaxtda keçirdiyi əməliyyatda 52 nəfər saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Təvhid-i salam” təşkilatı ilə bağlı istintaq çərçivəsində keçşirilən əməliyyatın birinci mərhələsində 40 nəfər saxlanılıb.
Saxlanılar arasında Terrorla Mübarizə Şöbəsinin müdiri Ömər Kösə, onun müavinləri və polis rəisləri var. Saxlanılanlar casusluq, rəsmi sənədlərdə saxtakarlıq, şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması, istintaq sirrinin açılması və saxta dəlil yaratmaqda ittiham olunurlar.

Əməliyyatın ikinci mərhələsində isə 12 nəfər saxlanılıb. Saxlanılanların sayının artacağı gözlənilir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti