İstanbulda qanlı terror - 36 ölü (VİDEO+Yenilənib)

İstanbulda qanlı terror - 36 ölü (VİDEO+Yenilənib)
  29 İyun 2016    Oxunub:15114
İstanbul Atatürk Hava Limanında partlayış baş verib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verirki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Partlayışlar beynəlxalq uçuş terminalında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb. Hava limanına çoxlu sayda təcili tibbi yardım maşını, polis və yanğınsöndürən göndərilib.

Hava limanının bütün giriş və çıxışlar bağlanıb.

***

Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürmə və səhiyyə briqadası cəlb olunub.

Səhiyyə qrupları ilk müdaxilə etdiyi yaralılar xəstəxanalara yerləşdirilir, hava limanının giriş və çıxışı bağlanılıb.



***

Məlumata görə, iki partlayışdan sonra hava limanı ərazisində atəş səsləri eşidilib. Aeroporta giriş-çıxış məhdudlaşdırılıb. Hadisənin terror aktı olduğu ehtimal edilir. Partlayışdan sonra hadisə yerində "Kalaşnikov" markalı avtomat aşkar olunub.

Baş nazir Binəli Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binəli Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.



***
(Saat 00:07)

Ədliyyə naziri Bəkir Bozdağ hadisə nəticəsində 10 nəfərin həlak olduğunu bildirib. Onun sözlərinə görə, terrorçulardan biri əvvəlcə ətrafdakılara atəş açıb, sonra özünü partladıb. Hadisə nəticəsində 20-dan insan yaralanıb.

Ölü və yaralı sayının artacağı istisna edilmir.

***

Türkiyənin Baş naziri Binəli Yıldırım məlum terror aktı ilə əlaqədar İstanbuldakı Atatürk Hava Limanına gəlib. Qanlı hadisə ilə bağlı açıqlama verən Baş nazir bildirib ki, terror aktında 36 nəfər həlak olub, çox sayda insan yaralanıb. Onların arasında xarici vətəndaşlar da var.

Baş nazir vurğulayıb ki, ən qısa zamanda terror aktı ilə bağlı ətraflı məlumat veriləcək. O, diqqətə çatdırıb ki, əlamətlərinə görə, bu terror İŞID tərəfindən törədilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti