İstanbulda həyəcanlı anlar yaşandı - Video

21:37   11 Yanvar 2017    Oxunub: 4719

İstanbul metrosunda həyəcanlı anlar yaşanıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yeni il gecəsi “Reina” klubunda qətliam törədən terrorçu Əbdülqədir Maşaripovun "Bağçılar" metro stansiyasında görünməsi barədə polisə məlumat daxil olub. Məlumatdan sonra metrostansiya nəzarətə götürülüb. Əraziyə xeyli sayda polis əməkdaşı cəlb olunub.

Stansiya əhatəyə alınaraq axtarışlar aparılıb. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, Yeni il gecəsi “Reina” gecə klubuna hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb.



AzVision.az

Teqlər:  




Rubrikanın digər yazıları