İstanbul terrorunda ölənlərin sayı 42-ə çatdı

İstanbul terrorunda ölənlərin sayı 42-ə çatdı
  30 İyun 2016    Oxunub:1381
İstanbulun Atatürk hava limanında törədilən terror aktında yaralanan şəxslərdən daha biri dünyasını dəyişib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla da terror aktında həyatını itirənlərin sayı 42 nəfərə çatıb. Son məlumata görə, yaralıların sayı isə 238 nəfərdir.

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ jurnalistlərə açıqlamasında bildirib ki, İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktı nəticəsində yaralanan 128 nəfər hazırda xəstəxanalarda müalicə olunur.

Onlardan 41-nin vəziyyəti ağırdır.

AzVision.az


Teqlər:





Xəbər lenti