İsrailin xaraba qoyduğu Qəzza -FOTOLAR

İsrailin xaraba qoyduğu Qəzza -FOTOLAR
  02 Sentyabr 2014    Oxunub:1535
İsrailin günlərlə atəş altında saxladığı Qəzzanın səmadan çəkilmiş fotoları dünya mediasının manşetlərinə çevrilib.
AzVision.az xəbər verir ki, İsrailin hücumları zamanı daha çox dinc sakinin öldüyü Şucaiyyə məhəlləsinin dağıntıları səmadan çəkilən şəkillərlə bir daha görüntülənib. Qəzzadakı “Mediatown” adlı yerli şirkətə aid olan fotolar pilotsuz hava vasitələriylə çəkilib.



Fotodan göründüyü kimi bu məhəllədə daş üstündə daş qalmayıb. Şirkətinin müdiri Əşrəf əl-Məşhəravi verdiyi açıqlamada bunları söyləyib: “Şirkətə aid film və televiziya çəkilişləri istifadə olunan xüsusi hava alətləri ilə İsrail hücumlarından sonra qalan xarabalıqları çəkməyə başladıq. Şucaiyyə, Əş-Şeaf ve Beyt Hanun olmaqla Qəzzanın məhəllə və bölgələrini çəkdik.”



O, bu alətlərlə 20 dəqiqədən çox olmamaqla çəkiliş apardıqlarını, məhdud yüksəkliyə qədər qalxdıqlarını, eyni zamanda Qəzzanın bütün bölgələrini çəkməkdə çətinlik çəkdiklərini söyləyib. Fələstin Əmək Nazirliyi İsrailin 51 gün davam edən hücumlarından sonra bölgədə 2.5 milyon ton töküntü yarandığını bildirib. İsrail 7 iyuldan başlayan hücumların ardından Misirin vasitəçiliyi ilə 26 avqustdan atəşkəs qərarını verib.



Emin



Teqlər:  





Xəbər lenti