İsrail HƏMAS-la danışıqlar aparmayacaq

İsrail HƏMAS-la danışıqlar aparmayacaq
  25 İyul 2014    Oxunub:880
İsrail İslam təşkilatı olan HƏMAS-la danışıqlar aparmaq niyyətində deyil.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə İsrailin Rusiya Federasiyasındakı səfiri Olqa Slov bildirib.

“HƏMAS” terror təşkilatıdır, onunla danışqılar aparmaq mümkün deyil” –deyə, Slov bildirib.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib. Əməliyyatlar başlayandan bəri Qəzzada ölən fələstinlilərin sayı 730-a çatıb. İsrail ordusunun isə 27 əsgəri öldürülüb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti