İspanlar üçün acı sürpriz - İtaliya 2 qolla uddu

İspanlar üçün acı sürpriz - İtaliya 2 qolla uddu
  28 İyun 2016    Oxunub:4362
Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində İtaliya ilə İspaniya milliləri qarşılaşıb.
AzVision.az xəbər verir ki, erkən filan kimi qiymətləndirilən oyunda hesabı italiyanlar açıb. Matçın 33 dəqiqəsində Corcio Kyellininin vurduğu qolla hesabda irəli çıxıb.

İlk hissə bu hesabla başa çatıb. Oyunun ikinci hissəsində ispanlar hesabı bərabərləşdirmək istəsələr də, əksi baş verib. Qarşılaşmanın sonuncu dəqiqələrində İtaliya millisinin üzvü Qratsioano Pelle ikinci qolu vurub. Oyun bu hesabla yekunlaşıb.

İtaliya yığması erkən filanda qalib gələrək dörddəbir finala yüksəlib.

AzVision.az



Teqlər:  





Xəbər lenti