İspaniyada parlament seçkiləri keçirilir

İspaniyada parlament seçkiləri keçirilir
  26 İyun 2016    Oxunub:1582
Bu gün İspaniyada parlament seçkiləri keçirilir. Ölkənin seçkilərdə iştirak etmək hüququ olan 36,5 milyon vətəndaşı 36,1 min seçki məntəqəsində səs verərək Deputatlar Konqresinə (aşağı palata) 350, Senata (yuxarı palata) 208 üzv seçəcək.
Parlamentdə mandat qazanmaq uğrunda 4 partiya – hakim Xalq, solçu Podemos partiyaları, Ciudodanos və Sosialist İşçi partiyaları mübarizə aparır. Sosioloji sorğulara əsasən, Xalq partiyası seçkilərdə qalib gələcək. Lakin bu partiyanın əldə edəcəyi nəticənin hökuməti təkbaşına formalaşdırmaq üçün yetərli olub-olmayacağı haqqında danışmaq çətindir.

Qeyd edək ki, bu, yarım il ərzində İspaniyada keçirilən ikinci parlament seçkiləridir. Bundan əvvəl seçkilər dekabrın 20-də keçirilmişdi. Lakin aşağı palataya seçilmiş deputatlar koalisiya qurub hakimiyyət yarada bilməmişdilər. Budəfəki seçkilərdə isə 4 partiyanın liderləri üçüncü seçkilərə ehtiyac qalmayacağına əmin edirlər.

Seçkilərin ikinci dəfə keçirilməsi İspaniya büdcəsinə, eləcə də ölkənin siyasi arenadakı imicinə ciddi ziyan kimi qiymətləndirilir. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti