İsmayıllıda nə baş verir? – Nazirlikdən açıqlama

İsmayıllıda nə baş verir? – Nazirlikdən açıqlama
  23 May 2015    Oxunub:5449
İsmayıllı rayonunun Xankəndi ərazisində torpaq sürüşməsi baş verib.
Bu barədə AzVision.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Onun sözlərinə görə, ötən gün baş verən sürüşmədə insan təlafatı qeydə alınmayıb.

Ə.Piriyev qeyd edib ki, hazırda nazirlik işçiləri hadisə baş verən ərazidə tədqiqat aparırlar.

“Torpaq sürüşməsi nəticəsində bir neçə evə ziyan dəyib. Evlərinə ziyan dəyənlər oradan çıxarılaraq qohumlarının evlərinə yerləşdiriliblər”.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti