İsmayıllıda ağır qəza - Ata öldü, oğlu yaralandı (Yenilənib)

İsmayıllıda ağır qəza - Ata öldü, oğlu yaralandı (Yenilənib)
  23 Yanvar 2017    Oxunub:3361
İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə bu gün İsmayıllı-Qalacıq-İstisu avtomobil yolunda qeydə alınıb.

Qəbələ rayon sakini, 1962-ci il təvəllüdlü Ağaməmmədov Ağaməmməd Əliheydər oğlu idarə etdiyi 36-BG-893 dövlət nömrə nişanlı, “QAZel” markalı yük avtomobili ilə Qalacıq kəndinin ərazisində, Göyçay çayı üzərindəki körpüdən keçərkən yolun buz bağlaması səbəbindən idarəetməni itirib və maşın yoldan çıxaraq çaya düşüb.

Hadisə zamanı sürücü Ağaməmməd Ağaməmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, onun oğlu, 1992-ci il təvəllüdlü Ağaməmmədov Pərviz Ağaməmməd oğlu isə ağır bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə zamanı “QAZel”in yük yerindəki iki baş iribuynuzlu heyvan yüngül xəsarət alıb.

Qeyd edək ki, ata və oğlu mal-qara alveri ilə məşğul olub, İstisu kəndindən aldıqları heyvanları Qəbələyə apararkən hadisə baş verib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

***
(16:28)

İsmayıllı rayonunun Qalacığ kəndində yol qəzası baş verib.

AzVision.az-ın məlumatına görə, “Qazel” markalı yük avtomobili kənd ərazisində körpüdən aşıb. Qəza nəticəsində bir nəfər dünyasını dəyişib. Sərnişinlərdən biri isə ağır yaralanıb. O, İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzada dünyasını dəyişən şəxsin Qəbələnin Vəndam qəsəbəsinin sakini olduğu bildirilir.

Məlumata görə, qəssab fəaliyyəti ilə məşğul olan Vəndam sakinləri Qalacığ kəndinə heyvan almaq üçün gedirmişlər.

AzVision.az



Teqlər:  





Xəbər lenti