İsmayıllıda 3 otaqlı ev yanıb

İsmayıllıda 3 otaqlı ev yanıb
  18 Yanvar 2017    Oxunub:1358
İsmayıllıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, İsmayılllı rayonu, İvanovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan birmərtəbəli, kürsülü 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 106 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti