İslam Oyunlarında 57 ölkənin iştirakı gözlənilir

İslam Oyunlarında 57 ölkənin iştirakı gözlənilir
  10 Dekabr 2016    Oxunub:2703
Gələn il Azərbaycanda təşkil olunacaq IV İslam Həmrəylik Oyunlarında 50 ölkə iştirakını təsdiqləyib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, ev sahibi Azərbaycan ilə yanaşı, Səudiyyə Ərəbistanı, Niger, İraq, Somali, İran, Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Banqladeş, Türkmənistan, Liviya, Surinam, Tunis, Komor adaları, Əlcəzair, İndoneziya, Pakistan, Fələstin, Fil Dişi Sahili, İordaniya, Türkiyə, Uqanda, Oman, Əfqanıstan, Mərakeş, Malayziya, Albaniya, Cibuti, Qayana, Tacikistan, Bəhreyn, Kamerun, Qvineya-Bissau, Qırğızıstan, Qambiya, Benin, Nigeriya, Qazaxıstan, Maldiv adaları, Mali, Çad, Mozambik, Suriya, Seneqal, Syerra-Leone, Toqo, Qətər, Qabon, Qvineya və Sudan “Bakı-2017”ə qatılacaq.

Ölkələrin sayına görə, Azərbaycan İslam Həmrəylik Oyunları tarixində bir ilkə imza atacaq.

Lakin ölkələrin sayının daha da artması istisna deyil. Bu rəqəm 57-yə çata bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti