İşsizlik müavinəti artırıldı - Hökumət qərar verdi

İşsizlik müavinəti  artırıldı - Hökumət qərar verdi
  05 Fevral 2016    Oxunub:4902
Nazirlər Kabineti “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

AzVision.az xəbər verri ki, dəyişikliyə əsasən, işsizlik müavinətinin və yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğləri artırılıb və hər iki məbləğ 75 manat müəyyənləşdirilib.

İndiyə qədər işsizlik müavinətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının göndərişi ilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləği 55 manat miqdarında olub.

Bundan başqa Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyası haqqında” qərarında dəyişikliklər edib. Dəyişiklik Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının üzvləri ilə əlaqədardır.

Dəyişikliyə əsasən Nazirlər Kabineti aparatının hərbi və inzibati orqanlar şöbəsinin müdiri Elman Gərayzadə və Nazirlər Kabinetinin yanında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasının üzvləri sırasına daxil edilib, Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Çingiz Baxişev və Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurasının sədri Novruzəli Orucov Komissiyanın üzvlüyündən çıxarılıblar.




Teqlər:  





Xəbər lenti