İsa Qəmbərin müşavirləri işləyə bilmirlər?

İsa Qəmbərin müşavirləri işləyə bilmirlər?
  21 Avqust 2014    Oxunub:2737
“İsa bəyin bəzi müşavirləri var ki, yararsız işlərlə məşğul olurlar. Mənim aspektimdən fəaliyyətsiz və zərərli fəaliyyətli olan müşavirlər var ki, onları cəzalandırmaq yaxşı olardı”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı bildirib.

Bundan öncə də İsa Qəmbərin müşavirlərindən narazılıq edən T.Abbaslı bildirib ki, əgər bu durum İsa Qəmbərə qəbuldursa, bizə də qəbuldur.

“Müşavirlər İsa Qəmbərin məsləhətçiləridir və o məsləhətçilərin hansının yaxşı, hansının pis olduğunu deyə bilmərəm. Əgər onların fəaliyyəti İsa bəyə qəbuldursa, bizə də qəbuldur. Digər postlarda təmsil olunanlardan kiminsə fəaliyyəti xoşumuza gəlməsə bunu açıq deyə bilərdim. Amma başqanın məsləhətçilərinin hansının yarıtmaz, hansının yarıdan olduğunu demək siyasi baxımdan düzgün sayılmır”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti