İsa Qəmbərin müavini namizədlikdən imtina etdi

İsa Qəmbərin müavini namizədlikdən imtina etdi
  30 Avqust 2014    Oxunub:1658
Müsavat başqanı İsa Qəmbərin müavini Gülağa Aslanlı Arif Hacılıya görə başqanlığa namizəd olmayacaq.
Bu barədə AzVision.az-a açıqlamasında G.Aslanlı özü məlumat verib. O vurğulayıb ki, Arif Hacılı başqanlığa namizəd olarsa, o, namizədliyini irəli sürməyəcək:

“Arif Hacılını dəstəkləyirəm və dəstəkləyəcəm. Həmin şəxsin namizədliyini irəli sürəcəyinə inanıram. Belə olarsa onu dəstəkləyəcəm”.

“İsa Qəmbər kimin başqan olmağını istəyir” sualına G.Aslanlı belə cavab verib:

“İsa Qəmbərin bu barədə mövqeyini açıqlayıb-açıqlamayacağı onun şəxsən özünə aid məsələdir. Ona görə də bu barədə heç nə demək olmaz. İsa Qəmbərə partiya sədrliyindən yüksək status verilməyinə gəlincə isə, bu, qurultaydan asılıdır. Təklif səslənərsə, müzakirə oluna bilər”-deyə başqan müavini bildirib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti