İrimiqyaslı hərbi təlim FOTOLARDA

İrimiqyaslı hərbi təlim FOTOLARDA
  18 Sentyabr 2014    Oxunub:5872
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin növbəti mərhələsi keçirilib.

Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.

Təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunub, praktiki raket buraxılışları və bombalama həyata keçirilib.

Təlim nöqtələri, texniki təminat, təmir-bərpa, səyyar ideoloji məntəqələrinə və mobil səhra hospitalına baş çəkən Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb.

Müdafiə naziri təlimə cəlb olunan hərbi texnika və silahlara baxış keçirib. Sonda təlim poliqonunda döyüş texnikasının keçidi və aviasiyanın uçuşları həyata keçirilib. Təlimlər sentyabrın 20-dək davam edəcək.

Qalereya




Teqlər:





Xəbər lenti