İri şirkətlər də vergidən yayınır - SİYAHI

İri şirkətlər də vergidən yayınır - SİYAHI
  04 Mart 2015    Oxunub:1712
Vergilər Nazirliyi ölkədə vergi borcunu ödəməyən şirkət və fiziki şəxslərin siyahısını açıqlayıb.
Vergilər Nazirliyinin saytında yerləşdirilən məlumata əsasən, həmin şirkətlər arasında “Azərenerji” ASC-nin “Gəncə regional elektrik şəbəkəsi” MMC, “Azərsu" ASC-nin "Birləşmişsukanal” MMC və “Sutikinti” müəssisəsi, "Doppelmayr Seilbahnen GmbH" kanat yollarının tikintisi şirkətinin filialı, "Hess (ACG) Limited" neft şirkətinin Bakı nümayəndəliyi, "Karasu Development Company" neft şirkətinin Kayman adalarında qeydiyyata alınmış nümayəndəliyi, "Petroleum Services Group SA" şirkəti, MILK-PRO süd emalı şirkəti, "Bakı Şərab-2" müəssisəsi, "Rotary Engineering" şirkətinin Bakı filialı və digər şirkətlər var.

Ümumilikdə siyahıda 405 hüquqi və fiziki şəxs yer alıb. 2015-ci ilin yanvar ayı ilə müqayisədə vergi borcunu ödəməyənlərin sayı 6,6 faiz artıb.



Teqlər:  





Xəbər lenti