İrəvanda yüzlərlə insan etiraza qalxdı - Yenilənib

İrəvanda yüzlərlə insan etiraza qalxdı - Yenilənib
  26 İyul 2016    Oxunub:3505
Ermənistanın paytaxtı İrəvanda müxalifətin mitinqi başlayıb
AzVision.az TASS-a istinadən xəbər verir ki, mitinq silahlıların ələ keçirdiyi polis şöbəsinin yaxınlığında keçirilir.

Yüzlərlə insanın qatıldğı mitinqdə əsas tələb silahlı dəstəni qida, rabitə, tibbi xidmətlə təmin etmək, eləcə də polis hissəsinin enerji təchizatın bərpasıdır.

Etirazçılar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə mitinqləri davam etdirəcəklərini bəyan ediblər.

Erməni KİV-lərində yer alan məlumatlara görə, Ermənistan polisinin İrəvandakı post-patrul alayını ələ keçirən “Sasna tsrer” hərbi qruplaşması bir sutka ərzində artıq üçüncü maşını yandırıblar.

Binanı ələ keçirənlər dünən post-patrul alayına məxsus “QAZel”ə, bu gün səhər isə “Şevrolit”ə od vurublar.

***

Mitinqdə “İrs” partiyasının nümayəndəsi Armen Martirosyan çıxış edib. O, deyib ki, hökumət xalqa qarşı muzdlulardan və texnikadan istifadə edilməyəcəyinə söz verməlidir.

“Təsis Məclisi”nin nümayəndəsi Alek Yeniqomşyan isə bildirib ki, qiyamçılar özlərini qalib hiss edir və bir addım da geri çəkilmək niyyətində deyillər. O, həmçinin qeyd edib ki, səhər hakimiyyət orqanlarına ultimatum təqdim ediblər və saat 20:00-da onun müddəti başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti