İrəvanda yenidən etirazlar gözlənilir - CANLI YAYIM

İrəvanda yenidən etirazlar gözlənilir - CANLI YAYIM
  21 İyul 2016    Oxunub:3036
Ermənistanın paytaxtı İrəvanda gərginlik səngimək bilmir.

Xəbər verdiyimiz kimi, ötən gün keçirilən etiraz aksiyaları zamanı İrəvanda polislə sakinlər arasında qarşıdurma yaşanıb. Polisin etirazçılara atəş açdığı bildirilib. Sakinlər isə polis əməkdaşlarını daş-qalaq ediblər.

Toqquşmalar zamanı 51 nəfər yaralanıb. Yaralılardan 28-i polis əməkdaşıdır.

Gecə saatlarında İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında keçirilən etiraz aksiyası polis tərəfindən dağıdılıb. 30-dək etirazçının saxlanıldığı deyilir.

Hazırda İrəvanda nisbi sakitlik hökm sürsə də, axşam saatlarında etirazların davam edəcəyi gözlənilir.

Əraziyə əlavə polis qüvvələri gətirilib. Nəzarət gücləndirilib.



Artıq bir neçə gündür ki, silahlı qruplaşma polis bölməsini nəzarətdə saxlayır.

Ermənistan Milli Təhlükəsizlik Şurası xüsusi tədbirlər görülmədən girovların azad edilməsi ilə bağlı danışıqlar aparıldığını bəyan edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti