İrəvanda xüsusi əməliyyat - Şəhərə hərbi texnika yeridildi

İrəvanda xüsusi əməliyyat - Şəhərə hərbi texnika yeridildi
  25 Noyabr 2015    Oxunub:5980
Ermənistan Milli Təhlükəsizlik Nazirliyi (MTX) İrəvanın mərkəzində hərbi-texnikanın iştirakı ilə xüsusi əməliyyat keçirib.

Bu barədə AzVision.az “Novosti-Armeniya”ya istinadən xəbər verir.

Məlumata əsasən, İrəvanın Nork-Maraş rayonunda yerləşən evlərdən birində Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bir qrup silahlı şəxsi neytrallaşdırıb.

Silahlı şəxslərin olduğu evdə xüsusi təyinatlara aid uniforma aşkarlanıb.

Saytın məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları hərbi texnikanın köməkliyi ilə divarı dağıdaraq evə daxil olublar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti