İrəvanda qiyamçılar həkim briqadasını girov götürdü

İrəvanda qiyamçılar həkim briqadasını girov götürdü
  27 İyul 2016    Oxunub:2828
İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirən silahlılar təcili tibbi yardım briqadasını girov götürüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan “Facebook” səhifəsində yazıb.

“Bu gecə polis binasını ələ keçirən silahlı qrupunun iki üzvünün yaralanmasına dair məlumat yayılıb. Hüquq-mühafizə orqanları onlara yardım edilməsini təklif edib, lakin qarşı tərəf rədd cavabı verib. Daha sonra onların qohumları həkim göndərilməsi üçün müraciət ediblər. Bir qədər sonra isə silahlı qrup yaralının vəziyyətinin ağır olduğunu bildirərək həkim tələb edib. Binaya gələn həkimlər silahlılar tərəfindən girov götürülüb. Həkimlərin danışqılar yolu ilə azad olunması üçün tədbirlər görülür”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti