İrəvanda qiyamçılar bütün girovları azad etdi

İrəvanda qiyamçılar bütün girovları azad etdi
  23 İyul 2016    Oxunub:2418
Ermənistanın paytaxtı İrəvanda polis idarəsini ələ keçirən silahlılar bir həftədən sonra son iki girovu azad edib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, silahlı qrup Ermənistan polisinin rəis müavini general-mayor Vardan Yeqiazaryan və İrəvan polisinin rəis müavini Valeri Osipyanı sərbəst buraxıb.

Bununla da bütün girovlar azad edilib.

Silahlılar bu addımı jurnalistlərlə görüşün keçirilməsi şərti ilə atıblar. Hakimiyyət silahlıların şərtini qəbul edib.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti