İrəvanda girov əməliyyatından görüntülər - VİDEO

İrəvanda girov əməliyyatından görüntülər - VİDEO
  25 İyul 2016    Oxunub:6770
Ermənistanın İctimai televiziyası İrəvanda polis bölməsinin qiyamçılar tərəfindən tutulmasını əks etdirən kadrlar yayılıb.
AzVision.az xəbər verir ki, görüntülərdə, həmçinin Ermənistan hüquq-mühafizə orqanlarının binanın azad olunması istiqamətində apardığı iki uğursuz əməliyyatın görüntüləri də yer alıb.



Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış radikal müxalifətçi Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.
Girov saxlanılan şəxslər arasında Ermənistan polisinin rəis müavini general-mayor Vardan Yegiazaryan və İrəvan polisinin rəis müavini polkovnik Valeri Osipyan da olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti