İrəvanda etirazlar səngimir - Qorxulu anlar yaşandı (VİDEO)

İrəvanda etirazlar səngimir - Qorxulu anlar yaşandı (VİDEO)
  23 İyun 2016    Oxunub:4256
Bu gün Ermənistanda hökumət evinin qarşısında parallel olaraq iki etiraz aksiyası keçirilib.

AzVision.az erməni KİV-ə istinadən xəbər verir ki, etiraz edənlər arasında Syunik vilayətinin sakini Emma Aratunyan da var. Erməni qadının sözlərinə görə, oğlu 5 ildir itkin düşüb.

“Dostları onu evdən bayıra çağırmışdılar. O gündən artıq beş il keçir ki, oğlumdan xəbər yoxdur”

Erməni qadın dəfələrlə polisə və digər dövlət orqanlarına müraciət etsə də, onun şikayətinə baxan tapılmayıb. Emma Aratunyan hesab edir ki, polis onun övladını axtarmaq istəmir: `Onlar bu işin üstünü pulla örtüblər`.

Paralel olaraq hökumət evinin qarşısında əlil pilotlar da etiraz aksiyası keçiriblər. Sabiq pilotlar son 8 ildə onlara ayrılan müavinatları ala bilmədiklərindən şikayətləniblər.

Etiraz aksiyası zamanı nümayişçi qadının vəziyyəti pisləşib. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti