İrəvanda etiraz - Sarkisyanın istefası tələb olunur

İrəvanda etiraz - Sarkisyanın istefası tələb olunur
  23 İyul 2016    Oxunub:3232
Ermənistanın paytaxtı İrəvanda mitinq keçirilir.
Mitinqdə çıxış edən deputat Nikol Paşinyan Ermənistan prezidenti Serj Sarkisyanın istefasını tələb edib. O, hakimiyyətin siyasətini kəskin şəkildə tənqid edib. “Bizim ən vacib məqsədlərimizdən biri Serj Sarkisyanın istefasına nail olmaqdır”, - deyə deputat qeyd edib.

Nikol Paşinyan çoxsaylı mitinq iştirakçılarını polislərə qarşı zorakılıqdan çəkinməyə çağırıb: “Biz polisə və digər hüquq mühafizə orqanlarına zorakı hərəkətlərə əl atmaları üçün əsas verməməliyik. Hətta onlar belə hərəkətlərə yol versələr biz cavab verməməliyik. Bizim məqsədimiz qeyri-zorakı, sivil siyasi mübarizədir”. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti