İrəvanda atışma davam edir - 3 qiyamçı yaralanıb (Yenilənib)

İrəvanda atışma davam edir - 3 qiyamçı yaralanıb (Yenilənib)
  30 İyul 2016    Oxunub:20957
İrəvanda polis bölməsini ələ keçirən silahlı qrupla polis arasında baş verən atışma zamanı 3 nəfər yaralanıb.
Bu barədə Ermənistan polisi mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

“Post-patrul alayının ərazisində atışma baş verib. Cavab atəşi ilə polis silahlı qrupun 3 üzvünü yaralayıb. Onlar artıq xəstəxanaya çatdırılıb”, - deyə A.Aqaronyan bildirib.

***

20:11

İrəvanda post-patrul xidməti polkunun binasını ələ keçirmiş silahlı qruplaşma ilə hüquq-mühafizə orqanlarının işçiləri arasında atışma davam edir.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan öz Facebook səhifəsində yazıb.

Aqaronyan, qeyd edib ki, hüquq-mühafizə orqanları silahlı qruplaşmanın daha iki üzvünü yaralayıb.

“Tənha canavar” ləqəbi ilə tanınan qiyamçı Araik Xandoyan da ayağından yaralanıb.

Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb. Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir.

İyulun 27-də Ermənistanın xüsusi təyinatlı dəstəsi qruplaşmanın ələ keçirdiyi binaya daxil olmağa cəhd göstərib. Əməliyyat nəticəsində qruplaşma başçısı Pavel Manukyan və onun oğlu güllə yarası alaraq xəstəxanaya aparılıb. Qruplaşmanın digər üzvləri Qaqik Yegiazaryan və Aram Akopyan isə könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti