İrəvanda Rusiya əleyhinə etiraz - Qarşıdurma yarandı

İrəvanda Rusiya əleyhinə etiraz - Qarşıdurma yarandı
  27 İyun 2016    Oxunub:3417
"Biz ölkəmizin sahibiyik" təşəbbüsü Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirərək Rusiya ilə Ermənistan arasında Kollektiv təhlükəsizliyin Qafqazda regional birgə HHM sisteminin yaradılması ilə bağlı sazişin ratifikasiya olunmamasını tələb edir.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, parlamentin qarşısına onlarla fəal toplanıb.

Hüquq-mühafizə orqanlarının mülki geyimdə olan əməkdaşları Ermənistan parlamentinin yanına toplaşan etirazçıları qovmağa başlayıblar.

Məlumatda deyilir ki, parlament binası qarşısında etiraz aksiyası keçirərək Rusiya ilə Ermənistan arasında Hava Hücumundan Vahid Müdafiə Sisteminin yaradılması ilə bağlı sazişin ratifikasiya olunmamasını tələb edən "Biz ölkəmizin sahibiyik" təşəbbüs qrupunun üzvlərinə qarşı güc tətbiq olunur.

Ondan əvvəl etirazçılardan biri onlara yaxınlaşan Ermənistanın sabiq baş naziri, hazırda parlamentin deputatı olan Qrant Baqratyana şüşə butulka atıb. "O, şüşə atıb qaçdı. Çox güman ki, bu, təxribat idi", - deyə Qrant Baqratyan jurnalistlərə açıqlamasında bildirib.

Baqratyan etirazçılara müqavilənin xarakterini aydınlaşdırmaq üçün yaxınlaşdığını deyib. Polis deputata hücum edən etirazçını saxlayıb.

Qeyd edək ki, 2015-ci il noyabr ayının 11-də Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Ermənistan arasında Kollektiv təhlükəsizliyin Qafqazda regional birgə HHM sisteminin yaradılması ilə bağlı sazişin imzalanmasına göstəriş verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti