İrəvanda aylardır əcnəbi futbolçulara maaş verilmir

İrəvanda aylardır əcnəbi futbolçulara maaş verilmir
  22 Oktyabr 2016    Oxunub:2034
İrəvanın “Ararat” klubunun kamerunlu futbolçuları Kayna Umaru və amerikalı Kirian Nvabuze Ermənistanda haqsızlıqla üzləşib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, legionerlərə dörd aydır maaş verilmir.

Kayna Umaru və Kirian Nvabuze 6000 min ABŞ dolları məbləğində olan maaşlarını ala bilmədiklərindən, onlara qarşı sayğısızlıq edildiyindən şikayətləniblər.

Bundan əvvəl İrəvan təmsilçisinin baş məşqçisi Arkadiy Andreasyan onlara komanda ilə məşq etməyəqadağa qoyub.

Futbolçular məsələ ilə bağlı Ermənistan Futbol Federasiyasının vitse - prezidenti Armen Minasyana müraciət edib. Onlar maaşlarını almaq və vətənlərinə qayıtmaq istəyirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti