İrəvana aparılan 25 azərbaycanlıdan xəbər var

İrəvana aparılan 25 azərbaycanlıdan xəbər var
  22 Dekabr 2014    Oxunub:2222
"Kiyev - Tiflis reysini həyata keçirən təyyarədə olan 25 azərbaycanlının əksəriyyəti tələbə olub".
AzVision.az xəbər verir ki, bunu Anspress-ə açıqlamasında Ukraynadakı Azərbaycan diasporasının sədri Hikmət Cavadov deyib.

O bildirib ki, İrəvanda məcburi eniş edən Ukrayna Hava Yollarına məxsus təyyarədə həmçinin diaspora nümayəndəsi də olub. Hikmət Cavadov qeyd edib ki, Yeni İl ərəfəsi olduğu üçün azərbaycanlı tələbələr Azərbaycana getməyə başlayıb:

"Tələbələr Yeni İli Azərbaycanda keçirmək üçün Ukraynanı tərk edərək vətənə qayıdırlar. AZAL-da qiymətlərin baha olması və bilet tapmaq çətinliyi yarandığı üçün tələbələr Kiyev - Tiflis reysindən istifadə edirlər. 25 həmyerlimiz İrəvan aeroportunda bir müddət gözləməli olub və daha sonra ucuş həyata keçirilib", - deyə Hikmət Cavadov deyib.

Qeyd edək ki, ötən gün Ukrayna Hava Yollarına məxsus Kiyev - Tiflis reysini həyata keçirən təyyarə nasazlıq səbəbindən İrəvana məcburi eniş edib. Bu zaman təyyarədə 25 azərbaycanlı da olub.


Teqlər:





Xəbər lenti