İraq səhvən İŞİD-ə yardım etdi

İraq səhvən İŞİD-ə yardım etdi
  01 Oktyabr 2014    Oxunub:1894
İraq Hərbi Hava Qüvvələri səhvən İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının nəzarət etdiyi ərazilərə humanitar yardım edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən ərzaq məhsulları, içməli su və silah-sursatdan ibarət humanitar kömək İŞİD yaraqlıları ilə vuruşan İraq hərbçiləri üçün nəzərdə tutulub. Lakin təyyarələr səhvən yardımı islamçıların nəzarətində olan Ənbar vilayətinə atıblar.

“Hərbçilərin bu köməyə çox böyük ehtiyacı var idi. Lakin İraq ordusunun rəhbərliyi və pilotların təcrübəsizliyi üzündən biz İŞİD-ə əsgərlərimizi öldürməyə yarım etdik”, - deyə yerli parlamentari Hakim əz-Zəmaili bildirib.

Artıq İraq rəsmiləri də bu faktı təsdiqləyib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti