İranla sərhəddə atışma - Yaralı var

İranla sərhəddə atışma - Yaralı var
  18 Aprel 2015    Oxunub:1479
Bu gün saat 05:00 radələrində Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət silahlı qaçaqmalçı qrup tərəfindən külli miqdarda narkotik maddə olan 2 kq heronin və 3 kq marixuananın Azərbaycana gətirilməsinin qarşısı alınıb.
AzVision.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, sərhəd pozucuları qanunun tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.

Sərhəd naryadı tərəfindən silahın təlimata uyğun tətbiqi nəticəsində bir nəfər sərhəd pozucusu yaralanıb. Dəstənin digər üzvləri havanın qaranlıq olmasından və ərazinin relyef xüsusiyyətlərindən istifadə edərək hadisə yerindən yayınıblar. Yaralı sərhəd pozucusuna zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti stabildir.

Cinayətin digər iştirakçılarının müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti