İranla məhkumlar dəyişdirilə bilər

İranla məhkumlar dəyişdirilə bilər
  19 Aprel 2014    Oxunub:826
Bu gün ədliyyə naziri Fikrət Məmmədov İranın ölkəmizdəki səfiri Möhsün Pakayinlə görüşüb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir bu əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolunu, ölkə prezidentlərinin mütəmadi, o cümlədən bu ay dövlət başçısı cənab İlham Əliyevin İrana səfərinin və mühüm sənədlərin imzalanmasının ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə böyük təkan verdiyini vurğulayıb.
Həmçinin zəngin müqavilə bazası əsasında hüquqi əlaqələrin inkişafı, o cümlədən iki ölkənin Ədliyyə nazirliklərinin sıx əməkdaşlıq etdiyi bildirilib.

Azərbaycan və İran arasında münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini söyləyən səfir Azərbaycan Prezidentinin ölkəsinə səfərinin böyük səmərəsini vurğulayaraq, görüşlərin çox səmimi şəraitdə keçdiyini bildirib. Qonaq, həmçinin Ədliyyə Nazirliyi ilə faydalı əməkdaşlığı təqdir edib.
Görüşdə hüquqi yardım, məhkumların verilməsi və digər məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Səfir dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətlərini xatırladaraq, müəllifi olduğu "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" kitabını təqdim edib.


Teqlər:





Xəbər lenti