İranın dini lideri Allahdan Putin üçün kömək istədi

İranın dini lideri Allahdan Putin üçün kömək istədi
  28 Noyabr 2015    Oxunub:3982
Bu gün İranın paytaxtı Tehranda keçirilən cümə namazında imam Ayətullah Məhəmməd Əli Müvahid Rusiya üçün dua edib. O, Allahdan Putin və Rusiya üçün kömək istəyib.
AzVision.az xəbər verir ki, imam “Allahım, Rusiyaya Suriyada İŞİD-i məhv etmək üçün güc ver”- deyə dua edib.

İmam daha sonra Suriya ilə bağlı dualar səsləndirib: “Suriyada vəziyyət yaxşılaşır. 1 milyondan çox suriyalı Rusiyanın hava hücumundan sonra öz vətəninə geri dönüb. Uca Allah, Rusiyaya İŞİD-lə mübarizədə kömək olsun”-deyə Ayətullah Məhəmməd Əli Müvahid söyləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti