İrandan narkotik gətirənlər tutuldu

İrandan narkotik gətirənlər tutuldu
  28 İyul 2015    Oxunub:2102
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Etiram Əliyevin çantasına baxış zamanı çantadan 1 ədəd bükümdə, xalis çəkisi 2,73 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub.
Dövlət Gömrük Komitəsindən AzVision.az - a verilən xəbərə görə, anoliji hadisə Astarada da qeydə alınıb.

Belə ki, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Mahir Sadıqovun əl yüklərinə baxış zamanı təsiredici maddəsinin xalis çəkisi 4,0 qram olan 100 ədəd narkotik vasitə - metadon aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti