İrandan narkotik gətirən şəxs tutuldu

İrandan narkotik gətirən şəxs tutuldu
  23 İyul 2016    Oxunub:1555
İrandan gələn Azərbaycan vətəndaşında narkotik maddə aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında İrandan piyada yolla gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanından 1 ədəd bükümdə xalis çəkisi 7,208 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti