İrandan gələn turistlərin sayı 23 faiz artıb

İrandan gələn turistlərin sayı 23 faiz artıb
  25 İyun 2016    Oxunub:1381
İran İslam Respublikasından Azərbaycana gələn turistlərin sayı artıb.
AzVision.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, ötən ilin ilk 5 ayı ərzində İrandan Azərbaycana səfər edən xarici vətəndaşların sayı 61 096 nəfər, 2016-cı ildə isə 74 890 nəfər olub və nəticədə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ildə Azərbaycana səfər edən İran vətəndaşlarının sayı 23% artıb.

Qeyd etmək lazımdır ki, İrandan gələn xarici vətəndaşların səfəri daha çox Novruz bayramına təsadüf etdiyi üçün ən çox artım 87% olmaqla mart ayı ərzində qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti