İranda türk bayrağı yandırıldı

İranda türk bayrağı yandırıldı
  16 Aprel 2014    Oxunub:1052
İranda yaşayan ermənilər İsfahan şəhərində “Türk hava yolları” şirkətinin ofisi qarşısında qadağan olunmuş etiraz aksiyası keçirib.
Aksiyada anti-türk şüarları səsləndirilib. Aksiya iştirakçıları türkləri Suriyada ermənilərin məhv edilməsində də günahlandırıb.

İsfahanda erməni cəmiyyətinin təşkil etdiyi və rəsmi dairələr tərəfindən qadağan olunmuş aksiyadan ilhamlanan Tehran erməniləri bu gün də BMT-nin Tehran nümayəndəliyi qarşısında analoji aksiya keçirəcəklərini bildiriblər.

Xatırladaq ki, İranda yaşayan ermənilər hər il aprelin 24-nü erməni soyqırımı günü kimi qeyd edirlər, onlar Tehrandakı Türkiyə səfirliyi qarşısına toplaşaraq türk bayrağını yandırıblar.

AzVision


Teqlər:  





Xəbər lenti