İranda 17 qadın deputat seçildi

İranda 17 qadın deputat seçildi
  01 May 2016    Oxunub:2160
İranda 13 qadın deputat parlament seçkilərinin fevralın 26-da keçirilən ilk turunda seçilib, daha 4 nəfər isə ötən gün baş tutan seçkilərin ikinci turunda parlamentdə yer alıblar.
Eskpertlərin fikirincə, parlamentdə qadın-deputatların olması İran cəmiyyətində qadınların ümumi durumunu yaxşılaşdırmağa imkan verəcək.

"Bizim əsas məqsədlərimizdən biri qadınların kişi siyasətçilər arasında örnək olmasıdır", - deyə Tehrandan deputat seçilən qadın bildirir.

Bundan əvvəl İran tarixində parlamentdə qadınlar ən çox yərə 5-ci çağırışda sahib olmuşdular. O zaman qadın millət vəkillərinin sayı 14 idi. Lakin bu rəqəm siyasi ab-havaya görə azalmışdı və parlamentin 9-cu çağırışında sadəcə 10 qadın-deputat var idi. Ümümilikdə isə son 9 parlamentlərin tərkibində 78 qadın olub.

Bu dəfə ki, 10-cu çağırış parlamentindəki qadınların bir çoxu islahatçılar düşərgəsinə və ya müstəgil namizədlərə aiddirlər. (Ans)


Teqlər:





Xəbər lenti