İranda 14 yaşlı oğlanla 10 yaşlı qız evləndi-Fotolar

İranda 14 yaşlı oğlanla 10 yaşlı qız evləndi-Fotolar
  28 Avqust 2015    Oxunub:29451
İranda 14 yaşlı oğlanla 10 yaşlı qız uşağı evləndirilib.
AzVision.az İran mətbuatına istinadən xəbər verir ki, cütlüyün yaşı evliliyə çatmasa da, valideyinləri onlara avqustun 14-də toy edib.

Toy mərasimi zamanı ənənəyə sadiq qalan gəlin ağ gəlinlik, 14 yaşlı bəy isə boz rəngli kostyum geyinib.

Həddən ziyadə kosmetika ilə bəzədilən az yaşlı gəlin öz yaşından böyük görünüb.

Qeyd edək ki, İran İslam Respublikasının qanunlarına görə ,qızlar atalarının icazəsi ilə 13, oğlanlar isə 15 yaşlarından evlənə bilərlər.

İran xəbər saytlarının yazdıqları məlumata görə, İranda 2010-cu ildə 42000 min 10-14 yaş arası uşaqlar evləndirilib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti