İran prezidenti Azərbaycana səsləndi

İran prezidenti Azərbaycana səsləndi
  18 Sentyabr 2014    Oxunub:2462
Həsən Ruhani Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb
İran prezidenti Həsən Ruhani bir qədər əvvəl region üçün vacib olan açıqlamalar edib.

“İRNA” agentliyi məlumat verib ki, Həsən Ruhani Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb.

İki ölkənin tarixi və dərin əlaqələrindən danışan Həsən Ruhani Tehran və Bakı arasında siyasi-iqtisadi, mədəni sahələrdə münasibətlərin genişlənməsinin əhəmiyyətindən danışıb: "Hər hansı bir ölkənin Tehranla Bakının yaxın münasibətlərini pozmasına icazə verilməyəcək".

Lakin Həsən Ruhaninin terror təhlükələri ilə bağlı açıqlamaları xüsusilə diqqət çəkib. İran Prezidenti terrorizmin region üçün ciddi təhlükə olduğunu söyləyərək əlavə edib ki, əgər region ölkələri bu təhlükəyə qarşı birgə hərəkət etməsələr, bu mikrob hər an onlara da yoluxa bilər.(ans)


Teqlər:  





Xəbər lenti